“Traktor Sazi” 2-ci pilləyə 1 qolla yüksəldi

19:37 - 20 Aprel 2017

İran çempionatında 28-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Təbrizin “Traktor Sazi” klubu evdə Tehran “İstiqlal”ı ilə üz-üzə gəlib. “Qırmızı qurdlar” bu turadək onları bir pillə qabaqlayan Tehran təmsilçisini minimal hesabla məğlub edib. Oyunda yeganə topa matçın 87-ci dəqiqəsində Məhəmməd İbrahimi imza atıb. Təbrizlilər bu qələbəylə xallarının sayını 53-ə yüksəldərək, turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

Şəhərin digər təmsilçiləri “Maşın Sazi” səfərdə “Zob Ahan”a 1:2 hesabıyla uduzub, “Qostareş Fulad” isə evdə “Neft Tehran”la qolsuz bərabərə qalıb.

 

28 turdan sonra hesabında 16 xal olan “Maşın Sazi” sonuncu, 16-cı pillədədi. “Yaşıl-ağlar”ın artıq aşağı liqaya düşməsi rəsmiləşib. “Qostareş Fulad” isə 34 xalla 9-cu sırada qərarlaşıb.

Xəbər xətti