"Qəbələ" "Apollon"la heç-heçə etdi

Yunanıstanın paytaxtı Afinada keçirilən “Elit Neon Cup” turnirinə start verilib.

 

Sportal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib. Famil Xəlilovun baş məşqçisi olduğu komanda öncə “Apollon” (Yunanıstan) klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə nəticələnib. “Qırmızı-qaralar”ın heyətində Samir Məhərrəmli fərqlənib.

 

B qrupunda mübarizə aparan “Qəbələ” II turda “Partizan”la görüşüb. Matç Serbiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə nəticələnib.

 

Xatırladaq ki, komanda sabah keçiriləcək III turda “Panatinaikos”la (Yunanıstan) qarşılaşacaq.

Tarix: 21 Aprel [00:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Aprel 2017
23  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio