Beyl "El Klasiko"da oynayacaq?

"Real"ın Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Bavariya” ilə ilk matçda zədələnən futbolçusu Qaret Beyl məşqlərə başlayıb.

 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uelsli futbolçu bu gündən kollektivlə birlikdə hazırlıqda iştirak edir. Onun “Barselona” ilə çempionat görüşünə hazır olub-olmayacağı hələ ki, məlum deyil. "Kral klubu"nun məşqçilər korpusu həmin vaxta qədər 27 yaşlı oyunçunun fiziki hazırlığını yüksəltməyə çalışır.

 

“Real” və “Barselona” arasında baş tutacaq "El Klasiko" aprelin 23-də, saat 22:45-də “Santyaqo Bernabeu”da keçiriləcək.

Tarix: 21 Aprel [00:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2017
21  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio