Sabiq "Qalatasaray"lıya silahlı hücum

00:26 - 21 Aprel 2017

“Qalatasaray”ın sabiq qapıçısı Farid Kamilo Mondraqon xoşagəlməz durumla qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı veteran futbolçuya silahlı hücum olunub.

 

Hadisə Mondraqonun paytaxt Boqotanda alış-veriş etdiyi zaman baş verib. Cinayətkarlar onun üzərinə silah çəkərək, qol saatını istəyib. Çıxılmaz vəziyyətdə qalan "Mondi" soyğunçuların tələbinə əməl edib.

 

Hadisə polis tərəfindən araşdırılır.

Xəbər xətti