"Mançester Yunayted"i yarımfinala yüksəldən qələbə VİDEO

01:55 - 21 Aprel 2017

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" "Anderlext"i qəbul edib. “Qırmızı şeytanlar” səfərdə 1:1 hesablı heç-heçə etdiyi “Anderlext” səddini aşmağa müvəffəq olub - 2:1. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə meydan sahibləri mərhələ adlamağı bacarıblar.

 

Mançester Yunayted (İngiltərə) - Anderlext (Belçika) 2:1  ə/v

Qollar: Mxitaryan, 10. Reşford, 107 - Hanni, 32.

 

Xəbər xətti