"Lion" "Beşiktaş"ı mübarizədən kənarlaşdırdı VİDEO

02:22 - 21 Aprel 2017

Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, İstanbulda “Beşiktaş” “Lion”u qəbul edib. Bu komandalar arasında Lionda keçirilmiş və meydan sahiblərinin 2:1 hesabıyla qalib gəlmişdi. İstanbulda baş tutan cavab matçında gərgin mübarizə gedib. "Qara qartallar" oyunun əsas vaxtını Taliskanın dubluyla 2:1 hesablı qələbəylə başa vurub. Əlavə vaxtda başqa qol olmadığından, cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan "Lion" yarımfinala vəsiqəni təmin edib. 

 

"Beşiktaş" (Türkiyə) - "Lion" (Fransa) 2:1  pen-6:7

Qollar: Taliska, 27; 58 - Lakazet, 34.  

 

Xəbər xətti