Çempionlar Liqasında yarımfinal cütlükləri bəlli olur

10:14 - 21 Aprel 2017

Bu gün Çempionlar Liqasında yarımfinal cütlüklərinin kimliyinə aydınlıq gələcək.

 

Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin son 4 komandası final uğrunda mübarizə aparacaqlar. İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.

 

Çempionlar Liqasında yarımfinala aşağıdakı komandalar yüksəliblər:

“Real” (Madrid, İspaniya), “Monako” (Fransa), “Yuventus” (Turin, İtaliya), “Atletiko” (Madrid, İspaniya).

 

Qeyd edək ki, yarımfinal ilk matçları 2-3 may, cavab qarşılaşmaları isə 9-10 may tarixlərində keçiriləcək

Xəbər xətti