“Qarabağ” qızıl medallarını son turda almayacaq

11:11 - 21 Aprel 2017

Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi “Qarabağ” kubokuna və qızıl medallarına qovuşmaq üçün mövsümün sonunu gözləməyəcək.

 

Sportal.az saytının məlumatına görə, “Qarabağ” mükafatına Azərbaycan Premyer Liqasının XXVII turunda “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la oyundan sonra qovuşacaq.

 

Qeyd edək ki, “Qarabağ” ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olur.

Xəbər xətti