Prosineçki təkzib etdi, agenti təsdiqlədi

11:59 - 21 Aprel 2017

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin agenti Yaşar Çalşır xorvatiyalı mütəxəssislə İspaniyanın "Valensiya" klubunun maraqlandığını növbəti dəfə təsdiq edb. 

 

Sportal.az xəbər verir ki, Çalışır İspaniya mətbuatına açıqlamasında məsələyə belə münasibət bildirib: "Bəli, "Valensiya" Robert Prosineçki ilə danışıqlarda maraqlıdır. Klubun idman drektoru bu barədə mənə şəxsən məlumat verib. Amma daha ətraflı danışa bilməyəcəm". 

 

Bir neçə gün əvvəl isə xorvatiyalı çalışdırıcı açıqlamasında bu iddiaları təkzib etmişdi.

 

Qeyd edək ki, Prosineçkinin AFFA ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub.

Xəbər xətti