Zlatan İbrahimoviç ciddi zədə aldı FOTO

12:58 - 21 Aprel 2017

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç ciddi zədə alıb.

 

Sportal.az xəbər verir ki, isveçli futbolçu UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Anderlext"lə qarşılaşmmada zədələnib. 

 

Belə ki, hava topuna qalxan İbra yerə uğursuz eniş edib. Belə ki, onun ayağı arxa istiqamətə əyilib. Bu zədəyə görə, 35 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

 

Qeyd edək ki, analoji halla ötən ilin fevral ayında "Çelsi"nin futbolçusu Kurt Zuma da üzləşmişdi. Zuma bu zədəyə görə 8 ay məşq edə biməmişdi.

 

 

via GIPHY

 

Xəbər xətti