Dortmunddakı partlayışa görə rusiyalı vətəndaş həbs edildi

13:54 - 21 Aprel 2017

Çempionlar Liqasının 1/4 finalında keçirilən “Borussiya” - “Monako” oyunundan əvvəl (2:3) baş verən partlayışa görə araşdırmalar davam edir.

 

Sportal.az xəbər verir ki, hadisə ilə bağlı həbs edilənlər var. Almaniya polisi Sergey adlı Rusiya vətəndaşını saxlayıb. 28 yaşlı şəxs aprelin 21-də həbs edilib.

 

Məlumata görə, bu şəxs bir neçə cinayət hadisəsini təşkil etməkdə və qətl törətməkdə şübhəli bilinir. Polisin versiyasına görə, kənardan idarə olunan bombanı avtobusun yaxınlığında məhz Sergey partladıb. O, Baden-Vyurtemberqdə yaşayırmış.

 

Xatırladaq ki, “Borussiya”nın avtobusunun yaxınlığında baş verən partlayışda dortmundluların futbolçusu Mark Bartra yaralanmışdı.

Xəbər xətti