Elxan Abdullayev "qara siyahı"nı hazırladı - "Neftçi" kimləri göndərəcək?

17:03 - 21 Aprel 2017

Mövsümü medalsız başa vuran "Neftçi" heyətində bir sıra dəyişikliklər edəcək.

 

Sportal.az-ın məlumatına görə, komandanın baş məşqçisi Elxan Abdullayev növbəti mövsüm daha iddialı komanda qurmaq niyyətindədir. Bu səbəbdən mütəxəssis bəzi futbolçularla yolların ayrılmasını istəyir.

 

"Neftçi"nin Boban Baykoviç, Jairo Filyo Rodriges, Elvin Bədəlov, Kamal Qurbanov, Cavid İmamverdiyev və Murad Ağayevlə yolları ayrıacağı gözlənilir. Təcrübəli müdafiəçi Mahir Şükürov karyerasını başa vuracaq və klubda məşqçilər korpusunda yer alacaq.

 

Paytaxt klubu "Slovan"dan icarəyə götürdüyü Zdenek Folprextin transfer hüququna yiyələnmək üçün Çexiya tərəfiylə də danışıqlar aparır.

Xəbər xətti