Mourinyo İbrahimoviçdən danışdı: “Vəziyyəti olduqca pisdir”

18:12 - 21 Aprel 2017

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə cavab qarşılaşmasında sıradan çıxan “Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviçin durumu ciddidir.

 

Sportal.az xəbər verir ki, bunu matçdan sonra klubun rəsmi saytına açıqlama verən baş məşqçi Joze Mourinyo deyib.

 

Portuqaliyalı çalışıdırıcı isveçli forvardın oyunun 90-cı dəqiqəsində ağır zədə aldığını bildirib: “Düşünürəm ki, zədəsi ciddidir. Ancaq tibbi müayinənin cavabını gözləmək lazımdır. İndi bildiyim budur ki, vəziyyəti olduqca pisdir”.

 

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm ümumilikdə 46 oyun keçirib və 28 qol vurub. 

Xəbər xətti