"Zaqatala"nın baş məşqçisi istefaya göndərildi

15:52 - 22 Aprel 2017

Azərbaycanın çempionatının I Divizionunda mübarizə aparan "Zaqatala" klubu baş məşqçisi Şaban Şirdanovla yollarını ayırıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı Futbol11.az saytına açıqlamasında klubun idman direrktoru Bəxtiyar Musayev verib. O, bildirib ki, Şirdanovun istefaya göndərilməsinə klubun uğursuz çıxışı səbəb olub. Klub rəsmisi yeni baş məşqçinin kimliyi ilə bağlı hələlik müzakirə aparmadıqlarını sözlərinə əlavə edib.

 

Qeyd edək ki, "Zaqatala" çempionatın sonuna 1 tur qalmış turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. 

Xəbər xətti