İtaliya A Seriyasında videotəkrardan istifadə olunacaq

16:53 - 22 Aprel 2017

İtaliya A seriyasının oyunlarında yeni mövsümdən videotəkrardan istifadə olunacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya Hakimlər Komitəsinin sədri Marsello Nikki məlumat verib. Onun sözlərinə görə, videotəkrardan 2018/2019 mövsümündən etibarən istifadə etməyi planlaşdırılıb. Ancaq daha sonra bu tətbiqin istifadəsini sürətləndirməsinə qərar verilib.

 

Qeyd edək ki, növbəti mövsüm videotəkrardan Hollandiya Erediviziyasında da istifadə olunacaq.

Xəbər xətti