Nazarov "Aue"ni məğlubiyyətdən xilas etdi

17:05 - 22 Aprel 2017

Almaniya II Bundesliqasında 28-ci turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Aue" klubu lider "Hannover"i qəbul edib.

 

Görüş qalib müəyyənləşməyib - 2:2. Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edib. Millimizin futbolçusu 90+4-cü dəqiqədə fərqlənib və "Aue"yə vacib 1 xal qazandırıb.


 
"Aue" turnir cədvəlində 33 xalla 15-ci pillədədir.

Xəbər xətti