Əcnəbilər əli cibində, bizimkilər farağatda... DANIŞAN ŞƏKİL

20:28 - 22 Aprel 2017

Acı mənzərədi, elə deyilmi? Məsələ yalnız bu şəkildə deyil. Futbolumuzda iş elə qurulub ki, bizimkilər əcnəbilərin qarşısında farağatda dayanmalı olurlar. Ən hörmətli adamlar əcnəbilərdi burda. Onların dedikləri mütləq həqiqət hesab olunur, hətta yanlış olsalar da.

 

Berti Foqts xeyli müddət bu boyda futbol ictimaiyyətini gic yerinə qoymuşdu.  Amma havadarları ona dahi deyə-deyə gətirib çıxarmışdılar başımıza. İndi də Robert Prosineçkinin yanında sıxıla-sıxıla gəzirlər bizimkilər. Kimdi axı Prosineçki? Buralarda onun adı gur səslənə bilər. Amma dünya məşqçilik sənətində diletantdı.

 

Hələ onun yanında kişi-kişi gəzən Bernard Lipperti demirəm. Lippertin adı ümumiyyətlə heç bir dəftərdə yoxdur. Belələrinin yanında sıxılmaq yox, sərbəst olmaq lazımdır. Biz onların yox, onlar bizim hesabımıza güzəran qururlar!   

 

Xəbər xətti