Elxan Məmmədov Avropa çempionu oldu

20:49 - 22 Aprel 2017

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə daha bir qızıl medal yazdırıb.

 

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionluğu sevincini yaşayıb.

 

Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə 5-ci olub.

 

Bununla da, Azərbaycan milli komandası 2 qızıl, 3 bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışlarda ikinci yerdə tamamlayıb.

 

Qeyd edək ki, sabah Azərbaycan yığması komanda yarışlarında mübarizə aparacaq. Komanda yarışlarında Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də digər cüdoçularımızla birgə yarışacaq.

Xəbər xətti