Eddi İsrafilov heç-heçəni kənardan izlədi

00:17 - 23 Aprel 2017

Futbol üzrə İspaniya ikinci liqasında 35-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis" doğma meydanda "Levante" ilə qarşılaşıb. Matç 1 - 1 hesablı bərabərliklə başa çatıb.

 

Eddi bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

 

Qeyd edək ki, "Kadis" 35 turdan sonra 53 xalla 22 klub arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti