"Qarabağ" "Sumqayıt"ı, "Kəpəz" AZAL-ı məğlub etdi, Zirədə bərabərlik YENİLƏNİB

18:54 - 23 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Görüşlərin hər üçü eyni vaxtda - 17:00-da start götürəcək.

 

Çempionluğunu rəsmiləşdirən “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Matçdan sonra Ağdam klubu çempionluq kubokuna qovuşacaq.

 

“Zirə” öz meydanında “Neftçi”ni sınağa çəkəcək. Bu qarşılaşma dördüncü yer uğrunda mühüm əhəmiyyət kəsb edir. “Zirə” qələbə qazanacağı təqdirdə, Avropa Liqasına yollanmaq şansını xeyli artıracaq.

 

Dördüncü yer uğrunda mübarizə aparan “Kəpəz” isə AZAL-ın qonağı olacaq. Meydan sahibləri meydana yalnız imicini qorumaq üçün çıxacağı halda, gəncəlilər üçün qələbə çox vacibdir.

 

17:00 AZAL – “Kəpəz” 1 - 2

Qollar: Frank Madu, 82 - Serjinyo, 35, 41
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
 
17:00 “Zirə” – “Neftçi” 2 - 2

Qollar: Təmkin Xəlilzadə, 42, Akim Latifu, 63 - İqnasio Herrera, 34, Daniel Seqovia, 90+2
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
 
17:00 “Qarabağ” – “Sumqayıt” 2 - 1

Qollar: Muarem Muarem, 12, Elşən Abdullayev, 82 - Amil Yunanov, 84
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”

Xəbər xətti