Zidan: "Barselona"nı məğlub etməyimiz çempionluğun taleyinə aydınlıq gətirməyəcək"

12:43 - 23 Aprel 2017

İspaniya La Liqasının 33-cü turunda "Real" əzəli rəqibi "Barselona"nı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Madrid klubunun çalışdırıcısı Zinəddin Zidan “El Klasiko”dakı qələbənin çempionluğun taleyinə aydınlıq gətirməyəcəyini deyib: 

 

“Barselona”nı məğlub etməyimiz çempionluğun taleyinə aydınlıq gətirməyəcək. Bu, sadəcə, bir oyundu. Bu qarşılaşmadan sonra daha 6 matç olacaq. Hər oyunda olduğu kimi bu oyundan da 3 xalla ayrılmağı hədəfləmişik. Bu cür oyunlarda nə olacağını əsla təxmin edə bilməsiz. İlk oyunda uzatma dəqiqələrində məğlubiyyətdən xilas olmuşduq”.

 

Zidan komandanın aparıcı futbolçusu Qaret Beylin "El Klasiko"ya hazır olduğunu da sözlərinə əlavə edib.

 

Qeyd edək ki, “Real” - “Barselona” oyunu bu gün saat 22:45-də başlayacaq.

 

Əlavə edək ki, La Liqanın turnir cədvəlində lider Madrid "Real"ıdır (31 oyun, 75 xal). "Kral klub"unun ən yaxın izləyici isə "Barselona"dır (32 oyun, 72 xal). Madridin digər təmsilçisi "Atletiko" isə 3-cü pillədə qərarlaşıb (33 oyun, 68 xal).

Xəbər xətti