Sabiq "Qarabağ"lı Erediviziyanın bombardirləri arasında

15:25 - 23 Aprel 2017

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros Hollandiya çempionatının son turunda dubl edib.

 

Sportal.az xəbər verir ki, “Herakles”in hücumçusu “Zvolle” ilə səfər qarşılaşmasında (2:1) komandasına qələbə qazandırıb.

 

Bununla da cari mövsümdə vurduğu qollarının sayını 18-ə yüksəldən isveçli forvard bombardirlər siyahısına düşüb. O, yalnız “Feyenoord”un hücumçusu Nikolay Yorgensendən (19 qol) geri qalır.

 

Qeyd edək ki, 2015/2016 mövsümündə "Qarabağ"da çıxış edən 26 yaşlı futbolçu 23 oyuna 7 qol vurub.

Xəbər xətti