"Neftçi"yə texniki məğlubiyyət veriləcək

18:57 - 23 Aprel 2017

Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” “Neftçi”ni qəbul edib.

 

Sportal.az xəbər verir ki, matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Buna baxmayaraq, qonaqlara texniki məğlubiyyət veriləcək.

 

Buna “ağ-qaralar”ın legioner limitini pozması səbəb olub. Belə ki, matçın 67-ci dəqiqəsində baş  məşqçi Elxan Abdullayev Ruslan Abışovun əvəzinə meydana Uqo Barqası daxil edib.  Bu dəyişiklikdən sonra meydanda 4 azərbaycanlı futbolçu qalıb.

 

Bununla da çempionatın reqlamenti pozulub. Bu hadisəyə görə AFFA İntizam Komitəsi “Neftçi”yə texniki məğlubiyyət verəcək.  

Xəbər xətti