Tərlan Əhmədov: “Son oyuna əvəzedici heyətdən futbolçu götürəcəm”

19:27 - 23 Aprel 2017

Az\rbaycan Premyer Liqasının 27-ci turunda AZAL öz meydanında “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub.

 

Sportal.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov bunları söyləyib:
 
“İlk hissədə maksimum 10 dəqiqə futbol oyandıq. Sonradan üstünlüyü rəqibə verdik. İkinci yarıda daha yaxşı təsir bağışladıq. Bəlkə də futbolçular sonuncu yerlə barışıblar. Amma hər bir oyun gələcəyə ümid verir. Birinci hissədə komandamda əzmkarlıq görmədik. Komandam artıq məğlubiyyəti qəbul edib. Son 4-5 oyunda komandamı motivasiya edə bilmirəm. Futbolçunun motivasiyası maddi durumdu”.
 
Əhmədov  Premyer Liqanın son turunda “Zirə” ilə görüşə əvəzedici heyətlə çıxacaqlarını bildirib: “Zirə” ilə oyunda əvəzedici heyətdən futbolçuların cəlb olunması mümkündür. Onsuz bu futbolçularla da uduzuruq. “Zirə” ilə matçda məhz onlara şans verəcəyik ki, Premyer Liqanın ab-havasını hiss etsinlər”.  (Futbolinfo.az)

Xəbər xətti