Abdulbari Gözəl: "Qarabağ"dan gözləntimiz ÇL-in qrupudur"

19:40 - 23 Aprel 2017

“Qarabağ” Azərbaycanın bayrağı kimidir. Biz onu həmişə yüksəklərdə görmək istəyirik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın sahibi Abdulbari Gözəl “CBC Sport”a açıqlamasında deyib.

 

Komandasının dördüncü çempionluğunu şərh edən Abdulbari Gözəl bildirib ki, “Qarabağ” Azərbaycan futbolunun inkişafında birinci yerdə gedir:

 

“Bizim bundan sonrakı hədəfimiz özümüzü Avropada isbat etməkdir. Bizim bu il gözləntimiz komandamızı Çempionlar Liqasının qrupunda görməkdir. “Qarabağ”ın qələbəsinin Azərbaycan üçün, bütün qarabağlılar üçün mənası böyükdür”.

Xəbər xətti