Ayxan Abbasov: "Bu, istənilən məşqçinin başına gələ bilər"

19:52 - 23 Aprel 2017

Azərbaycan Premyer Liqasında XXVII turun “Zirə” – “Neftçi” (1:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirdi:

 

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Qarşılaşmanın mahiyyətini anlayırdıq. Bu görüşdən məğlub ayrılsaydıq, şanslarımız xeyli azalacaqdı. Tam səfərbər olmuşduq. Doğrudu, qarşıda daha 1 oyunumuz qalır. Ancaq bugünkü matç olduqca böyük önəm kəsb edirdi".

 

- Avrokubok perspektivləri barədə rəhbərliklə müzakirələr aparmısınızmı?
- Qarşıda daha bir oyunumuz qalıb. AZAL ciddi rəqibdi. Bu gün də bunu göstərib. Əvvəlcə vəsiqəni təmin edək, sonra rəhbərliklə bu barədə fikir mübadiləsi aparcağıq.

 

- Əvvəlcədən bilsəydiniz ki, rəqib limiti pozur, Elxan Abdullayevi xəbərdarlıq edərdiz?
- İlk olaraq onu qeyd edim ki, bu hal istənilən məşqçinin başına gələ bilər. Elxan Abdullayevə hörmətim hədsizdi. Ancaq yalandan nə deyim? Bilmirəm. Sualı indi verdiniz, yalnız indi düşündüm. Bilmirəm. (Futbolpress.az)

Xəbər xətti