Emin Mahmudovlu "Boavişta" məğlub oldu

00:17 - 24 Aprel 2017

Millimizin üzvü Emin Mahmudov bu gün Portuqaliya çempionatında növbəti oyuna çıxıb.

 

Sportal.az xəbər verir ki, XXX turun səfərdə “Vitoriya Gimarayeş”ə qarşı matçında 25 yaşlı yarımmüdafiəçimiz əsas heyətdə yer alıb. O, 55-ci dəqiqədə Andre Schembri ilə əvəzlənib.

 

Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, 30 oyundan sonra aktivində 35 xal olan “Boavişta” 9-cu yeri tutur.

Xəbər xətti