Zidan: "Məğlubiyyətə layiq deyildik"

11:07 - 24 Aprel 2017

“Futbolçularımı günahlandırmıram. La Liqada ehtiyada bir oyunumuz var. Lakin hər şey yenə özümüzdən asılıdır”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidana məxsusdur. “Kral Klubu” ölkə çempionatının 33-cü turunda öz meydanında əzəli rəqib “Barselona”ya məğlub olub – 2:3.

 

Oyundan sonra açıqlama verən çalışdırıcı məğlubiyyətə layiq olmadıqlarını dilə gətirib: “Məğlubiyyətə layiq deyildik, xüsusən də azlıqda qaldıqdan sonra. Bir nəfər azlıqda oynasaq belə, qələbə qazanacağımızı düşünürdük. Amma alınmadı, sakitliyimizi qorumalıyıq”.

 

Fransalı mütəxəssis oyunun gedişində zədə alan Qaret Beyl haqda danışıb: “Oyuna Beyl ilə başladığım üçün peşman deyiləm. O, meydana çıxmaq üçün həyəcanlı idi və mənə yaxşı olduğunu bildirmişdi. Təəssüf ki, sonradan olanlar bizdən asılı deyil. Ona görə çox məyusam”.

 

Mütəxəssis “Barselona”nın 2 qolunun müəllifi Lionel Messidən söz açıb: “Messi bu gecə bir başqa idi. Lakin, tək o deyil, idarə etmək məcburiyyətində olduğumuz başqa şeylər də var idi, amma bacarmadıq”.

Xəbər xətti