Super Liqanın qalibi məlum oldu - ardıcıl 7-ci çempionluq

11:30 - 24 Aprel 2017

Yunanıstan Super Liqasının qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, "Olimpiakos" doğma meydanında PAS-la qarşılaşıb və bu görüşdə 5:0 hesablı qələbə qazanıb. Bu nəticədən sonra "Olimpiakos" ölkə çempionluğunu elan edib. Xallarını 64-ə çatdıran "Olimpiakos" Super Liqanın başa çatmasına bir tur qalmış ən yaxın rəqibi PAOK-u 6 xal qabaqlayır.

 

"Olimpiakos" ardıcıl 7-ci, ümumilikdə 44-cü çempionluğunu qazanıb.

Xəbər xətti