Dmitri Nazarov: "Fikirləşdim ki, azarkeşlər stadionu dağıdacaqlar"

11:52 - 24 Aprel 2017

Milli komandamızın və Almaniya II Bundesliqasında çıxış edən "Aue"nin şərəfini qoruyan Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir, 27 yaşlı yarımmüdafiəçi çempionatın son turunda "Hannover"lə matçın (2:2) 90+4-cü dəqiqəsində fərqlənərək komandasına 1 xal qazandırıb. Nazarov hisslərini belə bölüşüb:

 

"İnanılmaz hisslər keçirdim. Qol vurulandan sonra bir anlıq fikirləşdim ki, azarkeşlər stadionu sevincdən dağıdacaqlar. Qol vurduğum an yalnız topa zərbə endirdim, başqa heç nə düşünmədim. Vaxta isə saniyələr qalırdı. Sonda isə belə fantastik hisslər yaşadım. Növbəti görüşdə "Vurzburq Kikkers"lə qarşılaşacağıq. Bu oyun bizim üçün çox əhəmiyyətlidir. Qələbə sayəsində çempionatda qalmaq şansımızı artırmalıyıq".

 

Qeyd edək ki, "Aue" sona 4 tur qalmış 33 xalla 16-cı pillədədir.

 

Əlavə edək ki, Nazarov bu mövsüm 2-ci Bundesliqada 8 qol vurub.

Xəbər xətti