Premyer Liqada mövsümün ən yaxşı futbolçusu məlum oldu

11:59 - 24 Aprel 2017

İngiltərə Premyer Liqasında ötən mövsümün ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Çelsi"nin futbolçusu N`Qolo Kante mövsümün ən yaxşı futbolçusu seçilib. 

 

İngiltərə Peşəkar Futbolçular Birliyinin yaydığı açıqlamaya görə, 26 yaşlı futbolçu səsvermə zamanı komanda yoldaşı Eden Azarla yanaşı, Zlatan İbrahimoviç ("Mançester Yunayted"), Aleksis Sançez ("Arsenal"), Harri Keyn ("Tottenhem") və Romelu Lukakunu ("Everton") geridə qoymağı bacarıb. Kante Con Terri (2005) və Eden Azarın (2015) ardından "Çelsi"də bu ada layiq görülən üçüncü futbolçu olub. 

 

İlin ən yaxşı gəən futbolçusu isə "Tottenhem"də çıxış edən Delle Alli seçilib.

Xəbər xətti