Zlatan İbrahimoviç karyerasını başa vuracaq? - açıqlama

12:37 - 24 Aprel 2017

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Anderlext"lə oyunun son dəqiqələrində zədə alan "Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

 

Sportal.az xəbər verir ki, isveçli forvardın 9 ay sonra yaşıl meydanlara qayıdacağı gözlənilir. Mətbuatda bu zədədən sonra İbranın karyerasını bitirəcəyini iddia edilsə də, futbolçu bu xəbərləri təkzib edib. 36 yaşlı forvard şəxsi "instagram" hesabı vasitəsi ilə iddiaları əsassız hesab edib: 

 

"Bütün dəstəyiniz üçün təşəkkür edirəm. Bu zədəyə görə uzun müddət oynamayacam. Hər şey kimi, bu da keçəcək və daha güclü şəkildə geri dönəcəm. Bugünə kimi tək ayaqla futbol oynayırdım, problem yoxdu. Karyeramı bitirmək seçim deyil. Tezliklə görüşərik".

 

Qeyd edək ki, İbrahimoviç bu mövsüm "Mançester Yunayted"in heyətində 28 oyuna 17 qol vurub.

Xəbər xətti