Türkiyə klubunda yeni baş məşqçi

14:20 - 24 Aprel 2017

Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Məsut Bakkal çalışdıracaq. Təcrübəli mütəxəssislə razılıq əldə edilib. Yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Məsut Bakkal bu postda bir neçə gün öncə istefa verən Sərgən Yalçını əvəz edəcək.

Xəbər xətti