Marsialın qolu "Mançester Yunayted"i 10 milyon avro ziyana saldı

15:53 - 24 Aprel 2017

"Mançester Yunayted" Fransanın "Monako" klubuna 10 milyon avro ödəyəcək. 

 

Sportal.az xəbər verir ki, bu, fransalı futbolçu Antoni Marsiala görədir. Belə ki, 2015-ci ildə "knyazlıq klubu"ndan "Mançester Yunayted"ə transfer olunan futbolçu komandanın heyətində 25-ci qolunu vurub. O, "Börnli" ilə matçda bunu bacarıb. 

 

Klublar arasında imzalanan müqaviləyə görə, Marsial "Mançester Yunayted"də 25 qol həddini keçdiyinə görə Fransa təmsilçisi 10 milyon avro gəlir əldə edəcək.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm çıxdığı 19 oyunda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti