"İnter"in 3 futbolçusu "Neftçi"də

17:33 - 24 Aprel 2017

"İnter"in futbolçusu Nizami Hacıyevin karyerasını "Neftçi"də davam etdirəcəyi dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı komandanın baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının XXVII turunda "Qəbələ" ilə səfər oyunundan sonra keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, Hacıyevlə yanaşı, Tərlan Quliyevin də "Neftçi"yə keçəcəyi gözlənilir.

 

Qeyd edək ki, "sabiq bankirlər"in qolkiperi Səlahət Ağayev artıq "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. 

Xəbər xətti