"Qəbələ" və "İnter" medallarına qovuşdu VİDEO

18:02 - 24 Aprel 2017

Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün bütün medalçıları müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, mövsümü çempion kimi “Qarabağ” tamamladığı halda “Qəbələ” gümüş, “İnter” isə bürünc medallara sahib oldu. 2-ci və 3-cü yerin sahibini bu gün keçirilən “Qəbələ” – “İnter” görüşünün nəticəsi müəyyənləşdirdi. Meydan sahibi oyunda 4-3 hesabı ilə qələbə qazanaraq ikinciliyi özü üçün təmin etdi.

 

Oyundan dərhal sonra “Qəbələ” gümüş, “İnter”ə isə bürünc medallarına qovuşdu. Mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim etdi.

 

 

Xəbər xətti