Vidala şok xəbər

00:16 - 25 Aprel 2017

Çili millisinin və “Bavariya”nın futbolçusu Arturo Vidal sarsıdıcı xəbər alıb.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçunun bacısı Ambar Vidal Pardonun həyat yoldaşı Neyra Querra öldürülüb. Almaniyanın “Bild” qəzetində yer alan xəbərə görə, hadisə Çilinin paytaxtı Santiaqoda baş verib.

 

Belə ki, Querra avtomobilini tərk edən zaman güllələnib. Onun başına 6 güllə vurulduğu bildirilir. Çili polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Xəbər xətti