Premyer Liqaya yüksələn ikinci komandanın adı məlum oldu

02:30 - 25 Aprel 2017

"Brayton"un ardından İngiltərə Premyer Liqasına vəsiqə qazanan ikinci komandanın adı məlum olub.

 

Sportal.az xəbər verir ki, "Nyukasl" yüksək liqaya vəsiqə qazanmağı bacarıb. Rafael Benitesin yetirmələri Çempionşipin başa çatmasına iki tur qalmış bunu bacarıblar. "Sağsağanlar" "Preston"u 4:1 hesabıyla darmadağın edərək aktivindəki xalları 88-ə çatıdırıb. "Nyukasl" 3-cü pillədə gedən "Ridinq"i 9 xal qabaqladığı üçün Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.

 

Premyer Liqaya son vəsiqə isə pley-off matçlarından sonra məlum olacaq.

Xəbər xətti