Tərlan Əhmədovun qəzəbinə tuş gəlmiş futbolçu Ukrayna klubunda

10:43 - 25 Aprel 2017

Mövsümün gedişində AZAL-dan qovulan David Canelidze özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, gürcüstanlı futbolçu karyerasını Ukraynda davam etdirəcək. 27 yaşlı hücumçu I Divizionda mübarizə aparan "İnqulets" klubu ilə müqavilə bağlayıb.

 

Xatırladaq ki, Canelidze AZAL-a "Neftçala" klubundan gəlmişdi. O, intizamsız hərəkətinə görə komandadan göndərilmişdi.

Xəbər xətti