"Qarabağ"ı çempion, "Qəbələ"ni çempionluqdan edən oyunlar SİYAHI

10:52 - 25 Aprel 2017

Premyer Liqada çempionluğun taleyi sona bir neçə tur qalmış aydınlaşdı. “Qarabağ” ardıcıl dördüncü dəfə çempion oldu. Amma bu ilin çempionluğu əvvəlkilərdən bir qədər çətin gerçəkləşdi. Düzdü, çempionatın səviyyəsi ötən illərlə müqayisədə aşağı düşüb. Amma “Qəbələ”nin timsalında güclü bir rəqiblə çempionluq mübarizəsi aparmalı oldu “Qarabağ”.

 

Çempionluq uğrundan mübarizə aparan iki komanda arasında şəxsi görüşlərdə üstünlük “Qəbələ”nin tərəfində oldu. Roman Qriqorçukun komandası İki qələbə qazandı, bir oyun “Qarabağ”ın qələbəsi ilə yekunlaşdı, birində isə heç-heçə qeydə alındı. Amma bu, çempionluq üçün yetmədi. Niyə? Bu suala aydınlıq gətirmək üçün “Qarabağ”ın hansı klublarla oyunlarda qazandığı, “Qəbələ”nin isə itirdiyi xalların əhəmiyyətli olduğuna baxmaq lazımdır.

 

“Qarabağ” çempionluğa gedən yolda ən çox xalı (həm də) AZAL-dan alıb – 4 oyuna 12 xal. “Qəbələ” isə AZAL-la oyunlarda 8 xal toplayıb. “Qarabağ”ın 4 xallıq fərqi.

 

 

“Qarabağ”ın maksimum xal aldığı rəqiblərdən biri də “Sumqayıt” olub. “Qəbələ” isə “Sumqayıt”la oyunlarda da xal itkilərinə yol verib. “Qəbələ” hətta son turda “Sumqayıt”ı məğlub eləsə, bu rəqibdən 8 xalla kifayətlənə bilər.

 

 

“Qəbələ”nin çətinlik çəkdiyi rəqiblərdən biri də “Kəpəz”di. Qriqorçukun komandası 7 xal qazandığı halda, Qurban Qurbanovun komandası aktivinə 10 xal yazıb.

 

 

Beləliklə, “Qarabağ” bu 3 rəqiblə oyunlarda mümkün 36 xaldan 34 xal əldə eləyib. “Qəbələ” isə  20 xal (daha 3 xal da mümkündür). Roman Qriqorçukun komandası bu oyunlarda daha az xal itkilərinə yol versəydi, çempion onun komandası ola bilərdi...

 

 

Xəbər xətti