İnyesta və Messi yeni müqavilə imzalayır

11:57 - 25 Aprel 2017

Andres İnyesta və Lionel Messi yaxın günlərdə "Barselona" ilə yeni müqavilə imzalayacaq. 

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "RAC1"ə açıqlamasında Katoloniya təmsilçisinin rəsmisi Robert Fernandes verib. O, məsələyə belə şərh verib:

 

"Hər iki futbolçunun müqaviləsi gələn mvsümün sonunda başa çatır və onlar yaxın günlərdə yen müqavilə imzalayacaqlar. İnyesta mövsümün sonunda müqavilə imzalayacağını bizə bildirib. Messinin müqavilə imzalayacağı tarixlə bağlı isə klub rəhbərliyi qərar verəcək". 

 

Qeyd edək ki, İnyesta 2002, Messi isə 2004-cü ildən "Barsa"da çıxış edir.

Xəbər xətti