SORĞU: Azərbaycan Premyer Liqasının bombardiri kim olacaq?

12:30 - 25 Aprel 2017

Azərbaycan Premyer Liqasında 2016/17 mövsümünün başa çatmasına bir tur qalıb.

 

Sportal.az xəbər verir ki, çempionatın bombardirlər siyahısında gərgin mübarizə gedir. Belə ki, ilk iki pillədə qərarlaşan Rauf Əliyevlə ("İnter") Filip Ozobiçin ("Qəbələ") aktivində 11 qol var. 3-cü pillədə isə 9 qolla Dino Ndlovu ("Qarabağ") qərarlaşıb.

 

Digər ən çox qol vuran futbolçular isə Nizami Hacıyev ("İnter"), Mirabdulla Abbasov ("Sumqayıt") və Baqali Dabodur ("Qəbələ"). Hər 3 futbolçu 7 dəfə fərqlənib.

 

Çempionatın bombardiri olmaq üçün ən çox şans Rauf Əliyevlə Filip Ozobiçdədir.

 

Çempionatın son turunun qarşılaşmaları isə belədir:

 

"Neftçi" - "Qarabağ"

AZAL - "Zirə"

"Sumqayıt" - "Qəbələ"

"Kəpəz" - "İnter"

 

Aşağıdakı sorğuda çempionatın bombardirinin kim olacağına səs verin.

 

 

 

 

Xəbər xətti