Dino Ndlovu: "Çempionlar Liqasındakı hədəfimiz qrup mərhələsidir"

12:46 - 25 Aprel 2017

"Özümüzə inanırdıq. Çox sevinirik ki, çempion olduq. Hamımız xoşbəxtik".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın futbolçusu Dino Ndlovu deyib.  Ağdam klubunun heyətində ilk çempionluğunu qazanan cənubi afrikalı futbolçu mövsümün çətin keçdiyini bildirib:

 

"Çempionluq asan başa gəlmədi. Son ana qədər komandamızla "Qəbələ" arasında gərgin mübarizə getdi. Bu mübarizədən qalib ayrıldığımız üçün özümü xoşbəxt hiss edirəm. Mən inanırdım ki, sonda belə olacaq".

 

Forvard qarşıdakı hədəflərindən danışıb:

 

"Növbəti hədəfimiz çempionatda “Neftçi”ni məğlub etməkdir."Neftçi" ilə oyundan sonra kubok haqda düşünəcəyik. Əlbəttə ki, kuboku qazanmaq barədə düşünürük. Amma bu, elə də asan olmayacaq. Çünki qarşımızdakı komanda çempionluq tolunda bizə məğlub olan "Qəbələ"dir, qisas almağa çalışacaqlar. Hazırlaşacağıq, "qızıl dubl" etmək niyyətindəyik".

 

Hücumçu "Qarabağ"ın Çempionlar iqasındakı şansarını dəyərləndirib:

 

"Çempionlar Liqası asan turnir deyil, orada atmosfer tam fərqli olur. Tam fərqli komandalar çıxış edirlər. Bizim Çempionlar Liqasındakı hədəfimiz qrup mərhələsidir. Niyə də olmasın? Buna qədər bunu edə bilməmişik, bu mövsüm etməyə çalışacağıq".

 

Dino "Qarabağ"da xoşbəxt olduğunu sözlərinə əlavə edib:

 

"Hər ölkənin çempionatı fərqlidir, fərqli atmosfer olur. Mən artıq Azərbaycana adaptasiya olmuşam. “Qarabağ”da xoşbəxtəm və komandama çox kömək etmək istəyirəm".

Xəbər xətti