İsko "Real"la yeni müqavilə imzalayacaq

13:40 - 25 Aprel 2017

Madrid "Real"ı İsko ilə yeni müqavilə imzalayacaq.

 

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun agenti Pako Alarkonla "Real" nümayəndələri arasında ilkin danışıqlar olub. İsko ilə 5 illik yeni müqavilə imzalamaq barədə razılıq əldə olunub.

 

İspan yarımmüdafiəçinin yeni müqavilə ilə illik maaşının iki dəfə artacağı gözlənilir. Bu isə o deməkdir ki, İsko ilinə təxminən 6 milyon avro qazanacaq.

 

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub, 5 qolun ötürməsini verib.

Xəbər xətti