"Boavişta"nın qapıçı problemi

10:41 - 26 Aprel 2017

Azərbaycan millisinin üzvü Kamran Ağayevin sabiq klubu "Boavişta" problemlə üzləşib. 

 

Sportal.az xəbər verir ki, Portu təmsilçisi qış transfer dönəmində Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü Vaqner Silvanı növbəti mövsümdə də komandada saxlamaq istəyir. "Boavişta" buna görə Belçika təmsilçisinə müraciət etsə də, mənfi cavab alıb. "Muskron" özünü yaxşı tərəfdən göstərən braziliyalı qapıçını qaytarmaq niyyətindədir.

 

Kamran Ağayev əgər "Boavişta"da qalsaydı, azərbaycanlı qolkiperlə yeni müqavilə imzalana bilərdi.

 

Qeyd edək ki, Ağayev "Boavişta"nın heyətində 13 oyun keçirib və Vaqnerin transferindən sonra əsas heyətdəki yerini itirmişdi.

 

Əlavə edək ki, Ağayev “Boavişta”dan qovulduqdan sonra AFFA tərəfindən xüsusi nəzarətə götürülüb. O, hazırda millinin qapıçılar üzrə məşqçisi Faiq Əzizovun rəhbərliyi altında fərdi məşq edir.

Xəbər xətti