Ramosun cəzası açıqlandı

11:17 - 26 Aprel 2017

İspaniya Futbol Federasiyasının İntizam Komitəsi "Real"ın futbolçusu Serxio Ramosu cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, La Liqanın 33-cü turunda "Barselona" ilə qarşılaşmada Lionel Messiyə qarşı qayda pozuntusuna görə qırmızı vərəqə alan müdafiəçinin cəzası açıqlanıb.

 

Ramosa 1 oyunluq cəza verilib. O, bu gün "Deportivo"ya qarşı keçiriləcək səfər matçında komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Barselona" Ramosa daha ağır cəza verilməsi üçün quruma müraciət etmişdi.

Xəbər xətti