Bülənt Qorxmaz: "Bakı o şəhərlərdən geri qalmır"

11:40 - 26 Aprel 2017

"Qalatasaray"ın əfsanəvi kapitanı Bülənt Qorxmaz Azərbaycana səfər etməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Bakıda mayın 10-dək davam edəcək "Baku Shopping Festival"a qatıla biləcəyini deyib.

 

Festivalın saytına danışan Qorxmaz bunları deyib:

 

“Şopinq festivalı Bakıya çox yaraşır. Çünki bu cür festivallar adətən mədəni, iqtisadi-ticari cəhətdən inkişaf edən şəhərlərdə təşkil edilir. Bu mənada, Bakının şopinq festivalların keçirildiyi dünyanın böyük şəhərlərindən geri qalmadığını düşünürəm”.

 

Xatırladaq ki, Bülənt Qorxmaz 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.

Xəbər xətti