Millinin futbolçusu: "PSJ-də oynamaqdansa, ölməyi seçərəm"

15:13 - 26 Aprel 2017

“Marsel”in sabiq futbolçusu, hazırda Meksikanın “Tiqres” klubun forma geyinən Andre-Pyer Jinyak PSJ haqda açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Fransa millisinin üzvü Paris klubunda oynamaqdansa, ölməyi üstün tutduğunu söyləyib:

 

“PSJ-də oynamaqdansa, ölməyi seçərəm. Hazırda qazandığım pulun 10 qatını da təklif etsələr, o komandada heç vaxt oynamaram. “Barselona” Çempionlar Liqasında PSJ-yə 6-cı qolu vuranda necə sevindiyimi xəyal belə edə bilmərsiniz. Elə qışqırırdım ki, həyat yoldaşım da qorxmuşdu”.

 

Xatırladaq ki, Jinyak 2010/15-ci illərdə “Marsel”də oynayıb və 154 oyun 59 qol vurub. 31 yaşlı forvard Fransa yığmasında 36 oyun keçirib və 7 dəfə fərqlənib.

Xəbər xətti