Premyer Liqa klubunun pul qoyuluşu edən futbolçusuna 18 aylıq cəza

17:16 - 26 Aprel 2017

İngiltərə Futbol Assosiasiyası Premyer Liqa təmsilçisi “Bernli”nin futbolçusu Coui Bartonu 18 ay müddətinə istənilən futbol fəaliyyətindən uzaqlaşdırıb.

 

Sportal.az xəbər verir ki, buna 34 yaşlı yarımmüdafiəçinin futbol oyunlarına pul qoyuluşu etməsi səbəb olub. Bu qərar Bartonun ittihamları qəbul etməsindən sonra çıxarılıb.

 

Bildirilir ki, Bartonİngiltərə Futbol Assosiasiyasının qaydalarının ziddinə olaraq,  2006-cı ilin 26 martından 2016-cı ilin 26 mayınadək oyunlara 1260 pul qoyuluşu edib. Baron həmçinin 30 min funt cərimə olunub.

Xəbər xətti