"Bursaspor" Prosineçki ilə bağlı bəyanat yaydı

17:32 - 26 Aprel 2017

"Bursaspor" Robert Prosineçki və bir neçə məşqçinin klubun baş məşqçi postuna gətiriləcəyi barədə yayılan məlumatları təkzib edib.
 

Sportal.az xəbər verir ki, klubun saytı vasitəsilə yaydığı bəyanatda bunları qeyd edib:
 
"Bu gün bəzi media orqanlarında bir neçə məşqçinin adına yer verilərək, klubun onlarla danışıqlar apardığını yazıb. Sözügedən iddialar qəti şəkildə gerçək deyil və rəhbərlik, istər birbaşa, istərsə də dolayı yolla heç bir baş məşqçi ilə görüşməyib".

 

Qeyd edək ki, Türkiyə KİV-ləri Prosineçkinin növbəti mövsümdən etibarən "Bursaspor"u çalışdıracağı barədə məlumat yaymışdı.

Xəbər xətti